Son 75 ilin ən güclü yağışları Körfəz ölkələrini su basdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən saatlarda yağan güclü yağış daşqınlara və uçuşların dayandırılmasına səbəb olub.

İndex.az xəbər verir ki, səlahiyyətlilər, son 75 ilin ən yüksək yağış miqdarının qeyd edildiyini açıqladı.

BƏƏ-də yağıntılar bazar ertəsi gecədən başlayıb və çərşənbə axşamı axşama qədər ölkə üzrə 142 millimetr və ya təxminən 1,5 illik yağış yağıb.

Yağışlar digər Körfəz ölkələrində də təsirli olub.

Oman rəsmiləri daşqınlar nəticəsində ən azı 18 nəfərin öldüyünü açıqlayıb.

Ölənlər arasında 10-15 yaşlarında olan 10 tələbə də var ki, onlar da mindiyi avtomobilin su altında qalması nəticəsində həyatını itirib. Bəhreyndə su basmış ərazilərdə avtomobillərin yollarda qapalı qaldığı görülüb.

Dubay Beynəlxalq Hava Limanında böyük fasilələr var. Bir müddət tamamilə dayanan uçuşlar gecikə bilər.

Hava limanından verilən açıqlamada, çərşənbə axşamı axşam bütün reyslərin BƏƏ-də fövqəladə hava şəraiti səbəbindən digər bölgələrə yönləndirildiyi bildirilib.

Hələ təsdiqlənməmiş bəzi videolarda təyyarələrin su basmış uçuş-enmə zolaqlarında irəliləməyə çalışdığı görünür.