“Russia Legal Proceedings Publication” saytında yer alan Putinin imzaladığı qanunda heç bir terror təşkilatının adı yoxdur.
İndex.az xəbər verir ki, qanunla Rusiya Federasiyasının Baş Prokurorunun və ya onun müavininin bəyanatı əsasında hər hansı bir təşkilatın, o cümlədən məhkəmənin qərarı ilə terrorçular siyahısına daxil edilmiş şəxslərin fəaliyyətinə qoyulan qadağa müvəqqəti olaraq dayandırıla bilər.
Qanunun əsaslandırılmasında qeyd olunur ki, bir təşkilat terror təşkilatları siyahısına daxil edildikdən sonra zaman keçdikcə terrorizmi təşviq etmək, qanuniləşdirmək və dəstəkləmək məqsədi daşıyan fəaliyyətini dayandırması və ya bu cinayətləri törətməməsi halları yarana bilər.
Rusiyada “Taliban”ın terrorçular siyahısından çıxarılması üçün hazırlanan qanunun gələcəkdə Suriyadakı Heyət Təhrir əş-Şamın (HTŞ) də bu siyahıdan çıxarılmasına icazə verə biləcəyi şərh edilir.
Qanun bir müddət əvvəl Rusiya parlamentində qəbul edilib.
Qeyd edək ki, “Taliban” 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə ölkədə qadağan olunmuş terror təşkilatları siyahısına daxil edilib.