Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.
İndex.az xəbər verir ki, fərmana əsasən, Fondun gələn il üçün gəlirləri 14 milyard 452,5 milyon manat, xərcləri isə 14 milyard 640,2 milyon manat təsdiq edilib.
Bunlar, cari illə müqayisədə müvafiq olaraq 19,7 % və 13,5 % çoxdur.