“Nissan” iflas astanasında olduqlarını açıqladı: “12-14 ayımız qalıb”

Yaponiyanın avtomobil nəhəngi “Nissan” son vaxtlar maliyyə çətinlikləri ilə üzləşir.

İndex.az xəbər verir ki, satışları planlaşdırıldığı kimi getməyən brend ən azı 9000 nəfəri kütləvi şəkildə ixtisar etməyi, istehsal gücünü 20 faiz azaltmağı, “Mitsubishi”dəki paylarını satmağı və hətta yeni modellərin satışını təxirə salmağı planlaşdırır.

Ancaq son xəbərlər hadisələrin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. “Nissan”ın adı açıqlanmayan iki yüksək vəzifəli menecer “Financial Times”a danışıb. Bu görüşdə “Nissan” üçün yolun sonu olduğunu irəli sürən bir bəyanat paylaşıldı.

“Nissan” rəhbərlərindən birinin verdiyi açıqlamaya görə, şirkətin sağ qalması üçün 12-14 ay qalıb. Əgər bu prosesdə yeni investor tapılmazsa və pul axını təmin olunmazsa, bu, “Nissan” üçün yolun sonu olacaq. ABŞ və Yaponiyanın pul axını təmin etməli olduğunu deyən şirkət rəsmisi mövcud vəziyyətlə bağlı başqa heç nə deməyib.

“Nissan”ın investorlarından biri də “Renault”dur. Fransız brendinin “Nissan”da payı 46 faiz civarındadır. Ancaq bu nisbət çox tezliklə düşəcək. “Renault”un açıqlamasına görə, səhmlər satışa çıxarılacaq. Belə olan halda digər investor Hondanın üzərinə böyük məsuliyyət düşəcək kimi görünür. Əgər “Honda” “Nissan”ın gələcəyinə zəmanət vermək istəyirsə, əlindən gələni edəcək. Əks halda “Nissan” üçün işlər daha da pisləşəcək.