Finlandiya və Estoniya arasında sualtı kabellərin təxribat törədilməsi şübhəsindən sonra NATO Baltik dənizi regionunda müşahidə əməliyyatlarını artırıb.
İndex.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen sualtı qayıqların fəaliyyətini izləmək üçün bölgəyə iki gəminin yerləşdirildiyini açıqlayıb.
Valtonen bildirib ki, NATO-nun bölgədə daha geniş iştirakı sakitləşdirici və sabitləşdirici təsirə malikdir.