Mobil telefon alışıb yandı, sahibi öldü

Rusiyanın Perm şəhərində bir kişi əlindəki telefonun alışması nəticəsində dünyasını dəyişib.

İndex.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli mənzillərdən birində smartfon kortəbii alışıb. Təcili yardım xidmətləri 7 nəfəri evdən çıxara bilib.

Lakin telefonun sahibini xilas etmək mümkün olmayıb. O, artıq ölü tapılıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ona reanimasiya göstərsələr də, bədbəxt şəxsi xilas edə bilməyiblər.