“Maserati” yeni elektromobilini təqdim etdi

İtaliya istehsalı olan “Folgore” seriyasının yeni üzvü “GranCabrio Folgore” lüks seqmentdə ilk tam elektriklə işləyən kabriolet kimi avtomobil dünyasında yerini aldı.

İndex.az xəbər verir ki, “Maserati”nin yeni elektromobili eleqant, cəlbedici və idman üslubunda dizayn edilib.

Bununla yanaşı avtomobil ən son innovasiya ilə təmin olunaraq sürücü və sərnişinlər üçün yüksək rahatlıq yaradır.

Brendin ilk elektromobili olan “GranTurismo Folgore” və “Trident”dən sonra yeni “Maserati” mövcud tam elektrikli avtomobil seriyasını tamamlayır.