Kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

Həbs olunan kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək.

İndex.az xəbər verir ki, Monteneqronun ədliyyə naziri Bojan Bozovic, keçən il dələduzluq ittihamı ilə həbs edilərək hökm oxunan “Terra Luna” və “TerraUSD” kriptovalyutalarının yaradıcısı və “Terraform Labs” şirkətinin qurucusu Cənubi Koreyalı Do Kvonun cəzalandırılacağını açıqlayıb.

Ədliyyə naziri Bozoviç keçən il yanında saxta sənəd olması səbəbiylə 4 aylıq həbs cəzası aldıqdan sonra immiqrasiya təcridxanasında saxlanılan Donun son durumu ilə bağlı açıqlama verib.

Bozoviç Donun ABŞ-a ekstradisiya edilməsinə qərar verildiyini açıqlayıb, lakin onun ekstradisiya vaxtı ilə bağlı açıqlama verməyib.