Bənzərsiz barmaq izləri necə yaranır?

Barmaq izləri tibb dünyasında unikal hesab olunur. Onlar hətta DNT-dən daha unikaldırlar. Ən çox da məhkəmə işlərində məlumatların toplanmasında işə yarayır.

İndex.az xəbər verir ki, insanları bir-birindən ayırmaq üçün alimlər bu barmaq izi nümunələrindəki sıraya, forma, ölçü və xətlərin sayına baxırlar.

Barmaq izlərinin formalaşması ana bətnində başlayır. Kiçik barmaqlar ana bətnində (adətən 12-ci həftədən etibarən) inkişaf edərkən, onlara edilən hər təzyiq bu izləri yaradır.

Ana bətnində sürtünməyə təsir edə bilən hər hansı faktor (amniotik mayenin sıxlığı, dölün ölçüsü, dölün vəziyyəti və hərəkəti) dölün barmaq izinə təsir edə bilər. 19-cu həftəyə qədər formalaşan barmaq izi nümunəsi körpə böyüdükcə eyni qalır.