Dünən Aİ-95 markalı benzinin qiymətinin birdən-birə 40 qəpik qalxması bu növ yanacaqla işləyən avtomobil sahiblərinin xərclərində kəskin artıma gətirib çıxarır.
Buna görə, sürücülərin bir çoxu qatqılara üz tutur.
Bəs qatqılar nə qədər kefiyyətli və sərfəlidir?
İndex.az olaraq bu barədə daha ətraflı məlumat almaq üçün “AS Motors Group” MMC-nin marketinq direktoru Marat Namazov ilə əlaqə saxladıq.
Namazov bildirdi ki, Aİ-95 markalı benzinin bahalaşması səbəbindən dünən gecədən tələbat kəskin artıb:
“Dünən benzin bahalaşandan sonra qatqı ilə bağlı istər sosial şəbəkələrdən, istər zənglə şəxsən mənim özümə xeyli müraciətlər olub. Əvvəllər qatqıdan istifadə etməyənlər belə əlaqə yaradıb məlumat almağa çalışırlar”.
“Qatqıların bir neçə növü var. Bunlar “Octane Booster”, “Cetane Booster”, “Petrol Treatment”kimi növlərdir. “Octane Booster” və “Cetane Booster” yalnız oktan artırıcı funksiyanı yerinə yetirir. Lakin Aİ-95 markalı benzin tələb edən avtomobillərə biz “Petrol Treatment”i tövsiyə edirik. “Petrol Treatment”i tövsiyə etməyimizin səbəbi odur ki, yanacaq üçün yalnız oktanı qaldırmaq bəs etmir. Müxtəlif parametrlər var ki, onlar da benzinin tərkibində qaldırılmalıdır. Həmin parametrlər qaldırılmadıqda mühərrikdə problemlər yaradır və detalları sıradan çıxarır. “Petrol Treatment” isə birbaşa Aİ-95 markalı benzinin tələbini ödəyir. Hal-hazırda Azərbaycan bazarında “Petrol Treatment”in satışını “Bardahl Traitement Essence” ilə “Liqui Moly” həyata keçirir. Lakin qiymət məsələsində daha sərfəli “Bardahl Traitement Essence”dir”, – deyə o əlavə edib.
Qatqıların qiymətinə gəlincə:
“Əslində qatqıdan istifadə etdikdə, sürücü 50 litrdə 46 manat qənaət edir. Belə ki, “Bardahl Traitement Essence”nin məhsulu 42 manatdır və 500 litr yanacağa əlavə olunur. Hesablasaq, görərik ki, Aİ-92 markalı benzinin hər 1 litrdə qiymətinin üstünə yalnız 8 qəpiklik qatqı əlavə edilir. Yəni ümumilikdə götürdük də, hazırda 2 manata olan Aİ-95 markalı benzin 1 manat 8 qəpiyə başa gəlir. Buda 50 litrdə 46 manat qənaət deməkdir”.