Bu il Ceyhan limanından 149 milyon barelə qədər neft nəql edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 148,892 milyon barel xam neft nəql edib.

İndex.az şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 205 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 719,9 milyon barelə yaxın xam neft 4 864 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.