Əlaqə mərkəzinin mütəxəssisi (gündüz növbəsi)
Son tarix 07 fev 2022
Namizədə tələblər:
Yaş: 20-45
Xanım namizədlər
Təhsil: Ali və ya orta
İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
Müştərilərin müraciətlərinin statistikasının aparmaq
Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək
Şəxsi keyfiyyətlər:
Ünsiyyət qurmaq bacarığı
Yüksək nitq mədəniyyəti
Yüksək təqdimat bacarığı
Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
Səlis, aydın, əmin danışıq tərzi
İş şərtləri:
Əmək müqaviləsi bağlanılır
İş Qrafiki: dəyişkən
Əmək haqqı 350 – 600 AZN
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.
Müştəri xidmətləri şöbəsinin müdiri
Son tarix 07 fev 2022 – [email protected]
Namizədə tələblər:
Yaş: 30-45
Təhsil: Ali hüquq təhsili mütləqdir.
İş təcrübəsi: Mütləq ən azı 5 il sığorta, maliyyə, ticarət qurumunda iş təcrübəsi olmalıdır.
Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili
Kompüter bilikləri, Microsoft office proqramları
İdarəçilik qabiliyyəti;
Peşəkar bilik və təcrübə;
Tabeçiliyində olan işçilər arasında vəzifə bölgüləri aparır, onların işlərinə nəzarəti həyata keçirir.
Vətəndaş qüsursuzluğuna malik olmaq.
Kollektivdə işləmək qabiliyyəti;
Qarşısına qoyduğu məqsədlərə çatmaq qabiliyyəti;
İşə yaradıcı yanaşma;
Yeni idealara malik olmaq;
Şirkətin daxili əmək nizamının qaydalarını;
Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını;
Sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq ;
Yol hərəkəti haqqında qanunu,inzibati xətalar məcəlləsini və avtomobili idarə etməni ;
Sığorta fəaliyyəti haqqında qanunu bilməlidir.
Əsas vəzifə öhdəlikləri:
Müştəriləri qəbul etmək və onların sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı suallarını cavablandırmaq;
Müştərilərdən sənədləri qəbul etmək;
Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
Sığorta aktlarını və imtina məktublarını tərtib etmək;
Müştərilərə hadisələrinin statusu barədə məlumat vermək;
Analitik və statistik hesabatların aparılması üçün müvafiq hesabatların yaradılması və aparılması;
Sığorta dələduzluğuna cəhd hallarının aşkar olunması və qarşısının alınması;
Rəhbərlik etdiyi şöbənin işini təşkil etmək və şöbənin işinə nəzarət etmək;
Şöbə daxilində iş bölgüsünü həyata keçirmək;
Birbaşa rəhbərinin tapşırıq və göstərişlərinə əməl etmək
Şəxsi keyfiyyətlər:
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
Əmək müqaviləsi bağlanılır
İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək.
Sabit əmək haqqı 1200
Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən illik bonus sistemi
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin müdiri ” qeyd etmələri xahiş olunur.
Korporativ satış şöbəsinin mütəxəssisi
Son tarix 07 fev 2022
Namizədə tələblər:
Yaş: 23-35
Təhsil: Ali
İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)
Şəxsi keyfiyyətlər:
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 – 17:30
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
Əmək haqqı 500 azn – 1000 azn (müsahibə əsnasında)
Bonus və rüblük motivasiya
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun;
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur;
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin.
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail [email protected] ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.