Sabah “Azəriqaz” rəhbərliyinin növbəti canlı yayımı olacaq

Mart ayının 29-da saat 15:00-da “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə İndex.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.