Əhalimizin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 22781 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10179147 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.