Bu ilin yanvar-iyun aylarında Azərbaycana 460,9 milyon ABŞ dolları dəyərində 35 173 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
İndex.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,9% çox və 11,3% azdır.
İlk 6 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 5,4 dəfə artaraq 323 ədəd (45,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11,9% azalaraq 32 382 ədəd (347 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 6 218-si (60 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 153-u (4 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 27,5%, ikincinin isə 4,3 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 17,5% azalaraq 2 306 ədəd (48 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3,4 dəfə artaraq 162 ədəd (19,6 milyon ABŞ dolları dəyərində) olub.