Latviya şirkətləri azad edilmiş ərazilərin bərpasına cəlb edilə bilər

Latviya ilə kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

İndex.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu fikirlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşündə səsləndirilib.

Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyətini, tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.