Dövlət Sosial Müdafiə Fondu aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
İndex.az xəbər verir ki, 8 932 644 manatlıq tenderin qalibi Kapital Bank ASC-dir.
Xatırladaq ki, Kapital Bank ASC bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Aparatında və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satınalınması üzrə 11 025 000 manatlıq tenderini qazanıb.