“Bakelektroqaynaq” ASC 2021-ci ili 105 min 200 manat xalis zərər ilə başa vurub. ASC 2020-ci ili 32 min 714 manat xalis zərər ilə bağlamışdı.
İndex.az xəbər verir ki, 2020-ci və 2021-ci illərdə “Bakelektroqaynaq” ASC satışdan gəlir əldə etməyib. Şirkət həm 2020-ci ildə, həm də 2021-ci ildə 334 min 800 manat sair əməliyyat gəlirləri əldə edib.
31 Dekabr 2021-ci il tarixində “Bakelektroqaynaq” ASC 5 milyon 362 min 374 manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 5 milyon 94 min manat cəmi aktivlərə malik idi.
Mənbə – Marja