İngiltərə aviaşirkəti 10 mindən çox reysi ləğv edib

Böyük Britaniyanın “British Airways” aviaşirkəti işçi çatışmazlığı ilə əlaqədar avqust-oktyabr aylarına nəzərdən tutulan 10 300 reysi ləğv etmək qərarı verib.

İndex.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazır.

Qeyd olunur ki, şirkətin işçi çatışmazlığı biletlərə artan kəskin tələbat fonunda bir sıra ciddi problemlərə yol açıb. Reyslərin ləğvi Londonun Hitrou, Qatvik və Siti hava limanlarını əhatə edəcək.

Ümumilikdə post-pandemiya bərpa dövründə bu ilin aprelindən oktyabr ayınadək “British Airways” 30 minə yaxın reysi ləğv edib.