Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 66 398 nəfər səfər edib.
İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yanvar-iyunda Gürcüstan ümumilikdə 1,6 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur. Turistlərin sayı isə 1,2 milyon nəfər təşkil edib.
Qonşu ölkə yanvar-mayda turizmdən 840,9 milyon ABŞ dolları gəlir əldə edib.