“Dünən dərmandan zəhərlənən 9 nəfər əsasən sakitləşdirici, yuxu və antibiotik dərmanlarını qəbul edənlərdir. Onlar arasında ölüm faktı olmayıb”.
Bunu İndex.az-a açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
O bildirib ki, eyni zamanda, son 6 gündə 4 nəfər allergik reaksiya ilə şöbəyə müraciət edib:
“Onlardan ikisi uşaqdır. Onlar da evə buraxılıblar. 2 nəfər isə sirkə turşusundan zəhərlənib. Ölüm faktı qeydə alınmayıb”.
A.Maqsudov saytımıza zəhərlənməyə səbəb olan dərmanların adlarını da açıqlayıb: “Həmin 9 şəxs bu dərmanlardan zəhərlənib: “Vamelan”, “Seftriakson” və demək olar ki, hər birimizin evində olan “Valerian ekstraktıdır”.
Baş toksikoloq həmçinin qeyd edib ki, həmin şəxslərin hər biri dərmanların istifadə qaydasını pozduğu üçün zəhərlənib.