Kriptovalyuta böhranı dərinləşir – Daha bir iri şirkət müflisləşir

Kripto aktivlər üzrə broker olan “Voyager Digital”  strateji alternativləri araşdırmaq üçün əlavə vaxt axtardığı üçün platformasına pul vəsaitlərinin çıxarılmasını, ticarətini və depozitlərini dayandırmasından bir həftə sonra müflis olmaq üçün müraciət etdiyini bildirlir.

İndex.az Banker.az-a istinadən xəbər verir ki, Torontoda listinqə alınmış broker və kreditor, uğursuz kriptovalyuta investoru olan Three Arrows Capital”a verdiyi kreditdən $650 milyondan çox itkiyə məruz qaldıqdan sonra çərşənbə axşamı Nyu-York federal məhkəməsinə 11-ci fəsillik iflas iddiası ərizəsi yazıb.

“Voyager”in çöküşü ticarəti dayandırdıqdan və müştərilərin vəsaitlərini geri çəkməsinə mane olandan bir həftədən az bir müddət sonra baş verir.

Kriptovalyuta qiymətlərinin artacağına dair aqressiv mərcləri ilə tanınan Sinqapurda yerləşən “Three Arrows”, bazar mərclərini artırmaq üçün böyük sənaye oyunçularından külli miqdarda borc götürüb və rəqəmsal pulun qiymətləri düşdükcə ciddi şəkildə batmağa başıayıb. Aparıcı kriptovalyutaların qiymətləri keçən ilin sonunda pik nöqtəsindən təxminən 70 faiz ucuzlaşıb.

“FTX” qurucusu Sam Bankman-Fried tərəfindən idarə olunan ticarət firması “Alameda Research”dən keçən ay xilas kreditinə baxmayaraq şirkət iflasa uğramışdı. “Voyager” 30 günlük müddət ərzində icazə verilən maksimum 75 milyon dolları çəkərək “Alameda”nı ən böyük təminatsız kreditor edib.

Nyu-Cersidə yerləşən “Voyager”in çöküşü daha çox hiss olunacaq, çünki şirkət kriptovalyuta investorları arasında böyük bir müştəri bazasına malik idi. Martın sonunda onun öhdəlikləri 5.7 milyard dollar təşkil edib.

Şirkət ərizəsində 100 mindən çox kreditoru və 1 milyard dollardan 10 milyard dollara qədər öhdəliklərə malik olduğunu bildirib. Sənədlər göstərir ki, onun “Google”a təxminən 1 milyon dollar borcu var, qalan ən böyük təminatsız kreditorlar isə müştərilərdir.

Voyager, əlində 110 milyon dollar nağd pul və “sahibi kripto aktivləri”, üstəgəl platformasında 1.3 milyard dollar kripto aktivi olduğunu bildirir.

Məhkəmənin təsdiqindən sonra o, müştərilərə kripto aktivlərinin “birləşməsi”, “Three Arrows”un iflasından əldə edilən gəlirlər, müflisləşmədən yenidən çıxdıqda şirkətdəki paylar və “Voyager tokenləri” ilə ödəməyə ümid edir.

Şirkət həmçinin Nyu Yorkdakı “Metropolitan Commercial Bank”da müştərilərin 350 milyon dollarlıq nağd pulunu ABŞ dolları əmanətində saxladığını söylədi. Müştərilərə geri ödəniləcəyini bildirir.