Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
İndex.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 476,398 milyon manat), “PAŞA Bank” (571,222 milyon manat), “Kapital Bank” (547,604 milyon manat) və “Xalq Bank” (449,431 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 8-də balans kapitalı 100-200 milyon manat arasında, 13 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
Azərbaycanda 7 bankın balans kapitalı azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il aprelin 1-nə balans kapitalı illik müqayisədə az olub.
Bunlar “Günay Bank”, “Premium Bank”, “Bank BTB” və “Kapital Bank” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma “Kapital Bank”da (19,3%), ən az azalma isə “Günay Bank”da (1,3%) qeydə alınıb.
Qalan 19 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (35,1%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (0,6%) qeydə alınıb.
Mənbə – Renkinq