Avropa İttifaqı (Aİ) G7 krediti çərçivəsində Ukraynaya üç milyard avro vəsait ayırıb.
İndex.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen “X” hesabında yazıb.
“Ukrayna öz dostlarına və tərəfdaşlarına güvənməyə davam edə bilər. Bu gün biz Ukraynaya 3 milyard avro ayırırıq ki, bu da G7 krediti çərçivəsində Aİ tərəfindən həyata keçirilən ilk ödənişdir. Ukraynaya azadlığı uğrunda mübarizəni davam etdirmək və qalib gəlmək üçün maliyyə dəstəyi göstəririk”, – o qeyd edib.