Azərbaycan Respublikasının Mərkəzi Bankı
Strategiya və layihə idarəetməsi departamenti \ Strateji planlaşdırma şöbəsi \ Şöbə rəisi
Son tarix 28 yan 2025 – Müraciət et
Vəzifənin funksiyaları:
- Şöbə əməkdaşlarının vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətlərini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir;
- Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Strateji idarəetmə üzrə metodoloji sənədləri formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
- Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesini, eləcə də, Mərkəzi Bankın icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq və hesabatlığı təşkil edir;
- Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində strateji təhlilləri həyata keçirir və strateji məqsədlərin müəyyən edilməsi prosesini idarə edir;
- Strateji məqsədlər üzrə hədəf göstəricilərinin, təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də, strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesini idarə edir;
- Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, monitorinq və hesabatlığını həyata keçirir;
- Strategiyanı nəzərdən keçirir və növbəti strateji dövr üçün hazırlıq prosesini idarə edir;
- Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı təkliflərin müzakirəsini həyata keçirir.
Kompetensiyalar:
Davranış kompetensiyaları
- Analitik təhlil etmə;
- Araşdırma aparma;
- İnnovativlik və kreativlik;
- Komandada işləmə;.
- Məsuliyyətlilik;
- Strateji düşüncə;
- Stressə davamlılıq;
- Təkmilləşməyə meyllilik;
- Təşəbbüskarlıq;
- Ünsiyyətqurma;
- Vaxtın idarə edilməsi.
Liderlik kompetensiyaları
- Dəyişikliklərin idarəedilməsi;
- İdarəetmə;
- Qərar qəbuletmə;
- Təşkilatçılıq və planlaşdırma.
Texniki kompetensiyalar
- Strateji idarəetmə;
- Layihə idarəetməsi sahəsində biliklər;
- Makroiqtisadiyyat;.
- Maliyyə sektoru üzrə biliklər;
- Təqdimat və yazı bacarığı.
Təcrübə
- Müvafiq sahə üzrə 5 il
Təhsil
- Ali təhsil (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Sertifikasiya
- Strateji idarə etmə üzrə beynəlxalq sertifikasiya arzu olunandır.
İnformasiya və kibertəhlükəsizlik departamenti İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi – Aparıcı təhlükəsizlik inzibatçısı
Son tarix 09 fev 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- Sistemlərinin əlçatanlığı, tamlığı və konfidensiallığı baxımından təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi sistemlərinin davamlı və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
- Xarici hücum və kiber təhdidlərə qarşı təhlükəsizlik avadanlıqlaırnın və sistemlərinin mütəmadi olaraq monitorinqinin həyata keçirilməsi;
- Təhlükəsizlik boşluqlarının aradan qaldırılması məqsədi ilə təhlükəsizlik avadanlıqlarına və sistemlərə zəruri dəyişikliklərin edilməsi;
- Sistemlərin əlçatanlığı, tamlığı və konfidensiallığının təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi alətlərinin tətbiqi və təkmilləşdirilməsi;
- İmtiyazlı girişlərin idarə olunması;
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və giriş icazələrinin daimi monitorinqinin həyata keçirilməsi;
- Sistemlərə giriş səlahiyyətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə multifaktor göstəricilərinin tətbiqi;
- Sistemlərdə zəifliklərin skan olunması və nəzarət mexanizminin formalaşdırılması;
- Məlumat itkisinin qarşısının alınması məqsədi ilə informasiya təhlükəsizliyi sistemlərinin qurulması və idarəedilməsi;
- Məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi avadanlıq və sistemlərinin loqlarının SİEM sisteminə göndərilməsi və nəzarətin həyata keçirilməsi;
- Kənar təchizatçılar və şirkətlərlə fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya və ödəniş sistemlərinin ehtiyat mərkəzlərdən fəaliyyətinin təmin edilməsi və texniki sazlamaların aparılması;
- İnformasiya təhlükəsizliyi avadanlıqları və sistemlərinin ehtiyat nüsxələrinin alınması və mütəmadi monitorinqi;
- Çoxfaktorlu doğrulama sistemlərinin tətbiqi və dərin təkmilləşdirilmələrinin aparılması;
- Bankın informasiya təhlükəsizliyi siyasətinin tələblərinə uyğun digər tədbirlərin həyata keçirilməsi;
- Təhlükəsizlik avadanlıqlarının və alətlərin mütəmadi olaraq yeni versiya və yeniliklərlə yenilənməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Antivirus və EDR/XDR sistemləri ilə işləmək bacarığı
- Məlumatların tamlığının monitorinq edilməsi (FİM)
Səlahiyyətli giriş hüquqlarına nəzarət (PİM/PAM) - Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi (DB Security)
- OTP və MFA sistemləri ilə iş təcrübəsi
- E-mail təhlükəsizlik alətləri ilə işləmə bacarığı
- Məlumat sızıntısının qarşısının alınması (DLP)
- Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
- Analitik təhlil etmə
- Komandada işləmə
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Ünsiyyətqurma bacarığı
Digər tələblər:
- Dil bilikləri – Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı
- Təcrübə – İT sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur
- Təhsil – Ali təhsil tələb edilir
- Kompüter bacarıqları – Windows və Linux əməliyyat sistemində işləmə bacarığ
İnformasiya və kibertəhlükəsizlik departamenti, Kibertəhlükəsizlik şöbəsi – Böyük təhlükəsizlik inzibatçısı
Son tarix 09 fev 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- MITRE ATT&CK kimi tanınmış və qurulmuş çərçivələrdən istifadə etməklə təhdidlərə əsaslanan nüfuz sınağı və qırmızı/bənövşəyi komanda məşqlərinin icrası.
- Biznes şəbəkələrinə kiberhücumları planlaşdırmaq və həyata keçirmək üçün kibertəhlükə aktyorlarının istifadə etdikləri tanınmış Taktikalar, Texnikalar və Prosedurlardan (TTP) istifadə edərək hücum simulyasiyası təlimləri/təhdid əsaslı nüfuzetmə testləri həyata keçirmək.
- Təhlükəsizlik zəifliklərini və yanlış konfiqurasiyaları müəyyən etmək üçün xarici və daxili infrastrukturlar, veb proqramlar və mobil proqramlar kimi müxtəlif platformalarda və texnologiyalarda nüfuzetmə testlərini həyata keçirmək.
- Parolların oğurlanmasını simulyasiya etmək, sistemlərə sızmaq və Təşkilatın təhlükəsizlik şüurunu və fiziki təhlükəsizlik nəzarətini qiymətləndirmək üçün zərərli proqramı yükləmək üçün sosial mühəndislik qiymətləndirmələrini (e-poçt fişinqi, vişinq, fiziki giriş hücumları) həyata keçirmək.
- Proqram təminatının zəifliklərini müəyyən etmək və zərərli proqram və ya zərərli daxil edilmiş kodu aşkar etmək üçün mənbə kodunu nəzərdən keçirmək.
- Bulud, server, şəbəkə və ara proqram təminatının təhlükəsizlik konfiqurasiyası qiymətləndirmələrini həyata keçirmək.
- Bulud və yerli İT mühitləri üçün tətbiqlərin arxitekturasını nəzərdən keçirmək.
- Təhlükəsizlik testi metodologiyalarını saxlamaq, inkişaf etdirmək və yeniləmək üçün kibertəhlükəsizlik mütəxəssisləri qrupu ilə əməkdaşlıq etmək.
- Zəifliklər və istismar üsulları haqqında hesabatlar hazırlamaq və maraqlı tərəflərə təqdim etmək.
- Təcrübə və bilik mübadiləsi yolu ilə komanda üzvlərini inkişaf etdirmək.
- Ən son nüfuz testi üsulları və cari təhlükə mənzərəsi ilə gündəmdə olmaq.
- Heyətə potensial təhdidlər və kibertəhlükəsizlik üzrə ən yaxşı təcrübələr haqqında məlumat vermək.
- Təhlükəsizlik qiymətləndirmələrində, risk qiymətləndirmələrində və təhlükəsizlik auditlərində iştirak edilməsi.
- Şöbənin funksiyaları daxilində Şöbə rəhbərinin digər tapşırıqlarını yerinə yetirilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Windows və Linux ƏS ilə işləmə bacarığı
- Kiber təhlükəsizlik alətləri ilə işləmə bacarığı
- Analitik təhlil etmə
- Stressə davamlılıq
- Vaxtın idarəedilməsi
- Təkmilləşməyə meyllilik
- Stressə davamlılıq
- Məsuliyyətlilik
- Ünsiyyətqurma və komanda ilə işləmək bacarığı
- Analitik düşünmə bacarığı
- Problemləri həll etmə etmə bacarığı
Digər tələblər:
- Dil bilikləri – Səlis azərbaycan, səlis səviyyədə ingilis dili bacarığı
- Təcrübə – Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi tələb olunur
- Təhsil – Ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları, informasiya və kibertəhlükəsizlik) tələb edilir
- Kompüter bacarıqları – MS Office (Word, Excell, Power Point)
- Sertifikatlar – OSWE, OSED, OSEP, CRTL, OSCEE arzuolunandı