“Toy mövsümlərində qızıl məmulatlarına olan tələbat əhəmiyyətli dərəcədə artır”.
Bu sözləri İndex.az-a müsahibəsində Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov söyləyib:
“Azərbaycanda qızıl alıcılarının təxminən 60-70%-i toy mövsümləri ilə əlaqələndirilir. Toy mərasimlərinin ənənəvi olaraq böyük əhəmiyyət daşıdığı bu dövrlərdə qızıl məmulatlarına olan tələbat əhəmiyyətli dərəcədə artır. Bu səbəbdən bazarda təqdim olunan qızıl məhsullarının əksəriyyəti əsasən dəst halında təqdim edilən zinət əşyalarından ibarətdir”.
Rövşən Əmircanovun sözlərinə görə, bayram günləri də qızıl alıcıları arasında xüsusi canlanma yaradır.
“Hədiyyə olaraq təqdim edilmək üçün alınan qızıl zinət əşyaları satışların artımında mühüm rol oynayır. Bayram günlərində qızıl satışında artım müşahidə edilir. Bu tendensiyalar qızıl bazarının alıcı davranışlarında mövsümi amillərin təsirini göstərir”.
Rövşən Əmircanovun İndex.az-a olan geniş müsahibəsini buradan oxuya bilərsiniz.