Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
İndex.az xəbər verir ki, Qazaxıstan FHN bu barədə məlumatı Qazaxıstan bürosuna təsdiqləyib.
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.
“Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib”, – qurum bildirir.
Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.
Sərnişinlərin siyahısı dəqiqləşdirilir.