İlon Mask: “FED həddindən artıq işçi heyətinə malikdir”

ABŞ-da “Hökumətin Səmərəliliyi Departamenti”nə rəhbər təyin edilən İlon Mask FED barəsində bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, İlon Maskın sözlərinə görə, FED-in həddindən artıq işçi ştatı var.

Bazarlar FED-in gələcək faiz endirimlərinə daha ehtiyatlı yanaşmasına mənfi reaksiya verib və “S&P 500” birjası bu açıqlamadan bir neçə saat sonra 3% ucuzlaşıb.

BU ucuzlaşmadan sonra Mask “FED-in gülünc şəkildə həddindən artıq işçi heyəti var” tvitini paylaşıb.