“Avrora” MMC-də iş var!

“Avrora” şirkəti 22 oktyabrda yeni əməkdaşların işəqəbulu məqsədi ilə “Açıq qapı” günü keçirəcək. Həmin tarixdə 100-dən çox vakansiya üzrə namizədlər dəyərləndiriləcək. Vakansiyalar əsasən fəhlə və qulluqçu kateqoriyalarında olacaq.

Müraciətçilər aşağıdakı vakansiyalar üzrə işə qəbul ola biləcəklər:

Satış üzrə Nümayəndə;
Merçendayzer;

Sürücü;
Sürücü Köməkçisi;

Təhlükəsizlik;
Fəhlə;

Sifariş Sayım Operatoru;
Sifariş Toplama Operatoru;

Avtokar sürücüsü;

Nəzarətçi (yükləmə, stok, geriqaytarma);

Satış üzrə məsləhətçi (şərab evi) və s.

Qeyd edilən vakansiyalar üzrə müraciətlər qəbul edilib, müsahibə təşkil ediləcək və işə qəbul prosesi aparılacaqdır.
Maraqlanan şəxslərin qeyd edilən tarixdə Avrora baş ofisinə yaxınlaşması xahiş olunur.

Avrora ailəsinə qoşularaq siz də parlaq gələcəyin bir hissəsi olun!

Ünvan: Aşıq Molla Cümə küç. 46 C
Tarix: 22.10.2024
Saat:10:00-16:00