Türkiyədə dağ-xizək kurortunda qar uçqunu olub, beş nəfər yaralanıb

Türkiyənin Ərzurum vilayətindəki Palandökən dağ-xizək kurortunda dekabrın 21-də baş verən qar uçqunu nəticəsində beş nəfər xəsarət alıb.

Bu barədə İndex.az Türkiyənin “NTV Spor” telekanalına istinadən xəbər verir.

“Qar uçqunu Ərzurumda Palandökən dağında düşərgə quran Türkiyə milli cüdo komandasının Sultan Səkisi bölgəsinə qalxdığı zaman baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan 16 yaşlı idmançı Emre Yazgan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, reanimasiyadadır”, – məlumatda bildirilib.

Palandökən kurortu Türkiyənin şimal-şərqində, Ərzurum şəhərindən 6 kilometr məsafədə yerləşir.