“Şuşaya qayıtmağı hər zaman arzu edirdim. Şükür Allaha arzum çin olub”.
İndex.az xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən sakin Əlizadə Aqilə bildirib.
Onun sözlərinə görə, Şuşa hazırda çox gözəl olub: “Altı uşaqla Şuşadan gəlmişəm və hazırda 15 nəvə, 3 nəticə ilə qayıdıram. Şuşada gedib görəcəyimiz, ziyarət edəcəyimiz yerlər çoxdur. Ermənilər hər yeri elə dağıdıb ki, iki oğlum həlak olan yoldaşımın qəbrini tapa bilməyib”.
Əlizadə Aqilə bildirib ki, uzun illərdir görmədiyi yerləri yenidən görəcəyi üçün çox xoşbəxt və həyəcanlıdır: “Artıq Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik. Qoy sülh içində yaşadığımız, torpaqlarımıza qovuşduğumuz bu günlər əbədi olsun”.