FETÖ-nün maliyyəçisi “Kervancı Ali”nin bütün mal varlıqları xəzinəyə keçdi

Fətullahçı Terror Təşkilatının (FETÖ) ən mühüm maliyyəçilərindən biri kimi tanınan və “Kervancı Ali” ləqəbli Ali Katırcıoğlunun bütün mal varlıqları xəzinəyə keçib.

İndex.az xəbər verir ki, 2015-ci ilin mart ayında Cənubi Afrikaya qaçan və FETÖ-nün xaricə pul köçürmələrini təşkil etdiyi aşkarlanan Katırcıoğlunun ailəsinə məxsus sərvətlər də müsadirə edilib.

İki il əvvəl vəfat edən Ali Katırcıoğlunun FETÖ-nün Pensilvaniyadakı şirkətlərinə 4 milyon 65 min dollar ödədiyi və bununla da təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilib.