Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyard 690 milyon 458,43 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə 188 milyon 497,26 min ABŞ dolları və ya 10,04 % azdır.
Ötən 9 ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,54 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.