Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildi

İqtisadiyyat nazirinin keçmiş müavini Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verilib.

İndex.az xəbər verir ki, o, qurumun İqtisadiyyat şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, S.Həsənova ötən ilin noyabr ayında vəzifəsindən azad edilib. O, 2006-cı ildən nazir müavini idi.