Bu ilin yanvar-avqust aylarında Azərbaycan 98 milyon 654,24 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 9 milyon 512,76 min ABŞ dolları və yaxud 10,7 % çoxdur.
Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,77 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.