Xaricdən “Zapçast” alışına 1,5 milyard dollar pul xərcləmişik

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 482 milyon 242,09 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 8 ayı ilə müqayisədə 224  milyon 645,12 min ABŞ dolları və ya 13,2 % azdır.

Ötən 8 ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,61 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.