Yelo komandası üçün ödənişsiz müayinə və həkim konsultasiyası təşkil edildi


Həm cəmiyyətimizin, həm də şirkət daxilində əməkdaşlarının rifahı üçün çalışan “Yelo Bank” korpoativ sosial məsuliyyət layihələrinə hər zaman sadiqdir. Xüsusilə əməkdaşlarının sağlam iş mühitində çalışması məhsuldarlığa və uğura təsir edən başlıca amildir. Bu məqsədlə Bank, əməkdaşları üçün ödəniş müayinə və konsultasiya tədbirlərini ənənəyə çevirib. Belə tədbirlərdən biri isə bu yaxınlarda Mərkəz filialının əməkdaşları üçün təşkil edilmiş ödənişsiz göz müayinəsidir. Müasir aparatlar sayəsində qısa müddətə gözün ümumi vəziyyəti və görmə qabiliyyəti yoxlanılır, nəticəyə uyğun olaraq həkim pasiyentə tövsiyələrini verdi. Beləliklə əməkdaşlar iş başından çox ayrılmadan göz sağlamlıqlarının vəziyyətindən agah oldular.

Belə tədbirlərdən sonuncusu isə Bankın Baş ofisində təşkil edilmiş peşəkar endokrinoloq, radioloq və dietoloq müayinəsi idi. Əməkdaşlar USM aparatı ilə qalxanabənzər vəzini müayinə etdirib, Oligoscan cihazı ilə  ağrısız və qansız şəkildə bir çox ümumi sağlamlıq vəziyyəti haqqında məlumat əldə edə bildilər. 

Yelo Bank bundan sonra da əməkdaşlarının fiziki və emosional sağlamlıqlarını dəstəkləmək üçün sosial tədbirlərini davam etdirəcək. Əgər siz də karyeranızı parlaq bankçılıqda davam etdirmək arzusundasınızsa, aktiv vakansiyalarla buradan tanış ola bilərsiniz: https://bit.ly/bank-vakansiya

Bank xidmətləri (https://www.yelo.az/az/about-bank/career/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” – Parlaq bankçılıq!