Bu gün Masazır qazsız qalacaq

Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Masazır” qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin,  Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin  qaz təchizatında müvəqqəti fasilə yaranacaq.