Almaniyanın “Bayerische Motoren Werke AG” (BMW) şirkəti iyul ayında ilk dəfə ABŞ-ın “Tesla Inc” şirkətini geridə qoyub.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da şirkət Avropada elektrikli avtomobillərin satışında bu bazarda lider olub.
“Jato Dynamics” bazar araşdırması aparan şirkətin sorğusuna əsasən, regionda tamamilə elektrikli BMW avtomobillərinin satışları keçən ay üçdə birdən çox artaraq 14 869 ədədə çatıb. “Tesla” avtomobillərinin satışı isə 16% azalaraq 14 561 ədəd olub.
“Tesla” hələ də bu ilin əvvəlindən satılan elektrik avtomobillərinin sayına görə Avropada lider olaraq qalır. Lakin o, regionda yerini BMW və “Volvo Car AB” kimi şirkətlərə getdikcə daha çox itirir.
İyulda Avropada ümumilikdə 139,3 min yeni elektromobil satılıb ki, bu da bir il əvvəlkindən 6% azdır.