Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

Azərbaycanda iyul ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,28 milyard manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,102 milyard manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1,168 milyard manatı POS-terminallar, 9,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,7%-ni təşkil edib.