“Samsung”un əməkdaşları müddətsiz tətil etmək qərarına gəliblər

Cənubi Koreyada yerləşən “Samsung Electronics” texnologiya şirkətinin işçiləri çərşənbə günündən etibarən müddətsiz tətil edəcəklərini açıqlayıblar.

İndex.az xəbər verir ki, tətil qərarı maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması üçün qəbul edilib.

Qərar bazar ertəsi Milli Samsung Elektronika Birliyi tərəfindən elan edilən üç günlük müvəqqəti tətildən sonra elan edilib. Həmkarlar ittifaqı çərşənbə günü rəhbərliyi danışıqlara hazır olmamaqda günahlandıraraq müddətsiz tətil elan etdiklərini açıqladı.

Tətil qərarından sonra “Samsung Electronics” istehsalatda heç bir fasilə olmadığını bəyan edib.