“Bitcoin”in yüksəlişi qaçılmazdır – PROQNOZ

İnvestorlar düşüncəsinə görə, ABŞ-da hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, “Bitcoin”in bahalaşması qaçılmazdır.

İndex.az xəbər verir ki, iqtisadçılar “Bitcoin”in noyabrın sonunda 80 min dollara çatacağını proqnozlaşdırır.

“FalconX” kriptovalyutasının Tədqiqat şöbəsinin rəhbəri David Lavant bildirib ki, “Bitcoin” seçki nəticəsindən asılı olmayaraq yaxşı performans göstərəcək:

“Bizim təhlilimiz ondan ibarətdir ki, qarşıdan gələn seçkilərlə bağlı opsion aktivliyi fərqli bir yüksəliş tendensiyası nümayiş etdirir”.