Gömrükçülər büdcəyə 5 milyard manata yaxın rüsum toplayıblar

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 4 milyard 931,199 milyon manat təşkil edib.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.

Belə ki, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 28,6 % artaraq 1 milyard 556,862 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 % azalaraq 3 milyard 194,85 milyon manat təşkil edir.

Bundan başqa, bu müddət ərzində aksizlər üzrə daxilolmalar 11,2 % azalaraq 148,82 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 7,9 % azalaraq 30,667 milyon manat olub.