“Apple” rekord qırdı! Bazar dəyəri 3,5 trilyon dolları keçdi!

“Dow Jones Market Data”nın məlumatına görə, “Apple”in səhmləri 228,68 dollara yüksələrək texnologiya nəhənginin bazar dəyərini 3,507 trilyon dollara çatdırıb.

İndex.az xəbər verir ki, “Apple” tərəfindən iyunun əvvəlində illik Ümumdünya Yaradıcılar Konfransında təqdim edilən süni intellekt təşəbbüsü olan “Apple Intelligence” səhmlərin artmasına böyük töhfə verdi.

“Apple”, “ChatGPT”ni növbəti “iPhone”, “iPad” və “Mac” əməliyyat sistemlərinə inteqrasiya etmək üçün “OpenAI” ilə əməkdaşlıq etməyi planlaşdırır.

Qeyd edək ki, “Apple” və “Microsoft” son bir ayda dünyanın ən dəyərli şirkəti olmaq uğrunda mübarizə aparıblar. “Microsoft”un süni intellektə böyük təkan verməsi onun yanvar ayında bazar dəyərinə görə “Apple”i ötməsinə kömək etdi. “Apple” iyun ayında “Microsoft”a çatdı, sonra yenidən geri düşdü. Amma indi “Apple” yenidən liderliyi ələ keçirdi və bazar dəyəri baxımından tarixin ən dəyərli şirkəti oldu.