Süni intellektin qlobal kompüter satışlarına təsiri

Süni intellektlə işləyən cihazlara tələbatın artması qlobal kompüter satışlarını 3% artırıb.

İndex.az xəbər verir ki, “International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına əsasən, 2024-cü ilin ikinci rübündə fərdi kompüter satışları ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 64,9 milyon ədədə çatıb.

Sözügedən satışların 2 illik azalmadan sonra süni intellektin təsiri ilə ardıcıl ikinci rübdə də artması diqqət çəkib.

İlk 5 kompüter istehsalçısının təhlil edildiyi hesabatda məlum olub ki, Çində zəif satış nəticələri hələ də, bazarı sıxışdırmağa davam edir.