“Çelsi”də yeni böhran – 10 MİLYARD DOLLARLIQ BORC

Rus milyarder Abramoviçdən ABŞ fonduna keçən İngiltərənin “Çelsi” klubu yeni böhranla üzləşib.

İndex.az xəbər verir ki, “Çelsi”nin sahibi “US Clearlake Capital Group”un 10 milyard dollarlıq riskli borc balansı var.

Fond son vaxtlar “Çelsi”nin gənc oyunçulara böyük müqavilələr təklif etməsi səbəbindən tənqid hədəfinə çevrilib.

Bununla belə, əsas riskin fondun əsas əməliyyatlarındakı bəzi sual işarələrindən qaynaqlandığı qeyd olunur.