Asiya fond bazarları yenidən qarışıb

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelin çıxışından sonra Asiya-Sakit Okean bazarları qarışıb.

İndex.az xəbər verir ki, iyun ayında Çində istehlak qiymətləri indeksi 0,2% artıb.

Honkonqun “Hang Seng” birjası 1,01% artarkən, Çinin “CSI 300” birjası 0,4% azalıb.

Yaponiyanın “Nikkei 225” birjası çərşənbə axşamı qazancını davam etdirərək, 0,25% artımla bütün zamanların ən yüksək səviyyəsinə yaxınlaşıb. “Topix” birjası isə 0,34% yüksəlib.

Cənubi Koreyanın “Kospi” birjası 0,25%, “Kosdaq” birjası isə 0,2% dəyər itirib.

Avstraliyanın “S&P/ASX 200” birjası 0,47% ucuzlaşıb.