Çində inflyasiya gözləntilərin altındadır

Çində inflyasiya gözləniləndən aşağı olub.

İndex.az xəbər verir ki, Çində inflyasiya iyun ayında 0,2% artaraq gözləntilərin altında qalıb.

İqtisadçılar iyun ayında Çinin istehlak qiymətləri indeksinin illik 0,4% artacağını gözləyirdilər.

Zavod çıxışı qiymətlərini ölçən istehsalçı qiymətləri indeksi gözləntilərə uyğun olaraq bir il əvvələ nisbətən 0,8% azalıb.