Baydenin namizədliyi ilə bağlı fikir ayrılıqları çoxalır

ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməyəcəyini açıqlamasından sonra Demokratlar Partiyasında fikir ayrılığı daha da dərinləşib.

İndex.az xəbər verir ki, iclasın sonunda Demokrat Partiyasından olan Nümayəndələr Palatasının üzvləri qəbul edilən qərara uyğun olaraq mətbuata ətraflı açıqlama verməkdən çəkiniblər.

Əvvəllər Baydenin namizədlikdən geri çəkilməsini istəyən Nümayəndələr Palatasının üzvü Cerri Nadler NBC-yə veridiyi qısa açıqlamada bildirib ki, narahat olub-olmamasından aslı olmayaraq, Baydeni tam dəstəkləyir.

Nadler qeyd edib ki, Baydenin qazanması onun üçün çox önəmlidir.