Fransa Paris Olimpiadası ərəfəsində saxta məhsulları küçələrdən təmizləyir

Polis əməkdaşları aprelin 3-də səhər saatlarında idmançıların bu yay Paris Olimpiadasında yarışacaqları “Stade de France” yaxınlığındakı turistik “Saint-Ouen” bazarına daxil olub və saxta çanta və ayaqqabı satan 11 mağazanı bağlayıblar.

İndex.az xəbər verir ki, əməliyyat zamanı polis saxta “Louis Vuitton” və “Nike” məhsulları da daxil olmaqla təxminən 63 min saxta məhsul ələ keçirib. Bu malların satışı ilə bağlı 10 nəfər həbs edilib.

Qeyd edək ki, səlahiyyətlilər fevral ayından Montmartre ətrafında qeyri-rəsmi bazarları sökürlər, iyunun əvvəlində keçirilən böyük əməliyyat isə 70 ton məhsulun məhv edilməsi ilə nəticələnib.